Ruhid…
Psixoloq olan 21 yaşlı gənc şəhidimiz Ruhidin hekayəsi isə bizə həyat dərsi oldu. 21 yaşlı gəncin gecə-gündüz, elm və təfəkkürlə zaman yaşadığı otağının divarlarını bəzəyən təltifnamələr və medallardan zəngin ruh halından xəbər verirdi.
“Ana, narahat olma burada gənclərə faydalı oluram, onlarla gözəl sözlərlə söhbətlər edirik.” deyə düşünən və yaşayan oğulun şəhid anası isə “Mən Hz. Zeynəbə, o isə Hz. Hüseynə yoldaş olsun” -dedi.
“Ağırdır, amma bilirəm ki, onun öz arzusu olub. Hər zaman tələb edirdi ki, dünyaya bağlanma, dinini bil, imanını bil. Duaları idi şəhidlik. Öz arzusuna çatıb deyə pis ola bilmərəm“.
Şəhidlərimizin qapısını vurarkən şahid olduq, imanla və əxlaqla dolu olan həyatların Şəhidliyə seçildiyinə.