Canını haqqa, ədalətə, qisasa, millətə, vətənə qurban verən həyatı ilə şahid olaraq ömrünü şəhid kimi bitirən, Qubadlı döyüşlərində qəhrəmancasına həlak olan zabit Mikayıl Həmidovun ailəsində olduq. Ehtiyatda olan zabit Həmidov bir həftə idi şəhid olmuşdu. Ailənin yarası təzə idi. “Şəhid atamız var” deyən Yusif, Mədinə və Mələk adlı üç qürurlu əmanətlə tanış olduq. Yusif kəşfiyyatçı hərbçi olmaq istədiyini bildirdi. Həkim olub insanlara faydalı olmaq istəyirəm dedi. Birinci sinfə qədəm qoyan şəhid əmanətimiz isə müəllim olacağını bildirdi.
Əziz şəhid ailələrimiz, əziz millətimiz..
Başınızı dik tutun..
“Allah yolunda ölənlərə ölü deməyin.
Onlar Allahın indində ruzilənirlər, siz idrak edə bilməzsiniz!” deyə kitabımız nəsihət edir.
Bizi yedirən, içirən, həyat verən, şəfa verən, heç bir şeyə ehtiyacı olmayan, bənzəri olmayan, doğmayan, doğulmayan Yaradıcının indində olmaq və oradan ruzilənmək…
Həqiqətən görmədiyinə inanmaqda çətinlik çəkən insanın anlamaqda aciz olduğu durum.
Əziz millətimiz yanımızda, başımızın üstündə ruzilənən şəhidlərin ali ruhları var.
Aramızda Şəhidliyə seçilməklə şahid olmağa müvəffəq olan ali yaradılmışlar var..
Nədən aramızda?
Çünki ömrünü fəda edibsə, deməli insanlığı, ədaləti, haqqı sevirlər..