Şəhid polkovnik leytenant Rəşad Quliyev

Şəhid polkovnik leytenant Rəşad Quliyev

Hər insan həyatı ilə bir əsər yazır.
Şəhid həyatı şahid olmağa gəldiyimiz həyatımızın ən muazzam əsəridir. Bu muazzam əsərlərdən biri də, ikinci tanış olduğumuz şəhidimiz polkovnik leytenant Rəşad Quliyevin həyatıdır. O, Füzulidə gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, bizə İnci və Dərya adında iki gül bala əmanət qoyub şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimiz polkovnik leytenantın xanımına heyran olduq.
Qadının duruşu, mərdliyi sözlərin tükəndiyi yer idi. Hərbçi şəhid haqqında xanımın fəxrlə danışdıqları qəlbimizi riqqətə gətirdi.
“Ya Rəbbi belə insanlarla eyni torpaqda yaşamışıq , xəbərimiz yox!” düşüncələri ilə şəhidlərimizlə qürur duyduq və dualar edərək o evdən ayrıldıq.