Şəhidlərimizin ailələrini ziyarət etdik.

Şəhidlərimizin ailələrini ziyarət etdik.

Hər insan həyatı ilə bir əsər yazır. Şəhid həyatı şahid olmağa gəldiyimiz həyatımızın ən muazzam əsəridir
“Cığır” İctimai Birliyi şəhid xanımları və balalarına mənəvi-maddi dəstək olmaqla şərəf qazanmaq istəyirik.
“Cığır” İB ilk olaraq 3 şəhid ailəsini ziyarət edib. 7 əmanət uşaqlarla görüşdük.
Olduğumuz bütün ailələrdə şəhid uşaqları hərbçi olmaq istədiyini bildirirdi.
Əziz şəhid ailələrimiz, əziz millətimiz..
Başınızı dik tutun!
“Allah yolunda ölənlərə ölü deməyin.
Allahın indində ruzilənirlər, siz idrak edə bilməzsiniz” -deyə kitabımız nəsihət edir.
Canını haqqa, ədalətə, qisasa, millətə, vətənə qurban verən həyatı ilə şahid olaraq ömrünü şəhid kimi bitirir.
Bizi yedirən, içirən, həyat verən, şəfa verən, heç bir şeyə ehtiyacı olmayan, bənzəri olmayan,  doğmayan, doğulmayan Yaradıcının indində olmaq və oradan ruzilənmək…
Həqiqətən görmədiyinə inanmaqda çətinlik çəkən insanın anlamaqda aciz olduğu durum.
Əziz millətim, yanımızda, başımızın üstündə ruzilənən şəhidlərin ali ruhları var!
Şəhidliyə seçilməklə şahid olmağa müvəffəq olan ali yaradılmışlar var aramızda..
 Nədən aramızda?
 Çünki ömrünü fəda edibsə, deməli insanlığı, ədaləti, haqqı sevirlər….
 Aldıqları ruzini Haqqı, ədaləti sevən insanlarla paylaşacaqlar.
 Əziz millətimiz, bir insanı xilas etmək üçün ömrünü şəhid edən  şahid insanın ruhu millətimi qorumaq üçün ərşin altında dualar edəcək.
 Düşmənin qəlbinə vahimə salacaq.
 “Rəbbim, razı qalacağın işlər görmək üçün ilham ver” deyərək dua edib həyatımızı bizə nümunə olan şəhidlərimiz kimi dəyərli edək!