Qazi Həsən Mehdiyev

Qazi Həsən Mehdiyev

Qazi Mehdiyev Həsən “Cığır” MDİD İB ailəsi tərəfindən ziyarət edilən, qəhrəmanlığı, gücü və imanı ilə bizi heyran buraxan igidimizdir.

Həsən müharibədə döyüşlər gedərkən hər iki ayağından yara almışdır.
Yaxın günlərdə ard-arda hər iki ayağından amputasiya olundu.
Bu çətin günlərdə isə Həsən qəhrəmanımızla “Cığır” İB könüllüləri olaraq bir olduq, ona dəstək olaraq sevgimizi göstərdik.
Hospitalda müalicə aldığı müddət ərzində onu tək buraxmadıq.
Həsən hər iki əməliyyata təbəssümlə girdi.

Bir ziyarətimizdə gülləri sevdiyini bildirdiyi üçün növbəti gedişimizdə özümüzlə gül apardıq. Həsənin güllərlə söhbət etməsi onun incə ruha sahib bir gənc olduğunun göstəricisidir.

Ege hospitalından evə buraxılan günü də qazimizi “Cığır” MDİD İB könüllüləri olaraq böyük coşqu ilə qarşıladıq.

“Cığır”ın qazi qolunun könüllülərindən Tamilla xanımın ailəsinin qonaqpərvərliyi onların qapısına Vətən uğrunda ayaqlarını şəhid verən qazimizi müsafir etdi.

Xəstəxana çıxışında qazimiz könüllülərlə bərabər Saatlıya-evinə yola düşdü.
Həsənin atası isə öz inəklərini sataraq oğlunun müalicəsinə dəstək olmağa çalışdı. “Bəs biz Həsənə, ailəsinə borcumuzu necə ödəyək?”- deyib atanın bu fədakarlığına görə inək və bala alaraq evlərinə yollandıq.

Qazimiz ailəsi, kənd camaatı tərəfindən sevgi və qürur hissi ilə qarşılandı.
Həsənin qəhrəmanlığı bizə bir daha Azərbaycan gəncliyinin xalqımızın qürur və fəxri olduğunu göstərdi.