“Gözəl düşüncə” layihəsində bu həftə mövzumuz “Təbiət hadisəsi küləyin Quranda təqdimatı” oldu.

“Gözəl düşüncə” layihəsində bu həftə mövzumuz “Təbiət hadisəsi küləyin Quranda təqdimatı” oldu.

“Gözəl Düşüncə” layihəsi hər həftəsonu öz maraqlı mövzuları ilə dinləyicilərini təəccübləndirməyə davam edir.
Bu dəfəki görüşümüzdə BSU tələbəsi və “Cığır” MDİD İB könüllüsü Adgözəlova Tərlan bizləri “Təbiət Hadisəsi- Küləyin Quranda Təqdimi” mövzusu üzərində gözəl düşünməyə dəvət etdi.
Təbiət hadisələri içərisində xüsusi yeri olan küləyin yaranması, növləri, xüsusiyyətləri haqqında məlumatlar verərək coğrafi biliklərimizi yenilədi.
Könüllümüz küləyə Quran prizmasından nəzər salaraq və onun Allahın əsgəri olduğunu qeyd edərək küləyi bizə daha çox sevirdi.
Təqdimatçı küləyin həyatımızdakı roluna toxunaraq bildirdi ki, insanların küləyə ötürdüyü hər enerjini, o da başqalarına ötürərək rabitə yaradır.
Külək və təbiətin vəhdətindən söz açan tələbəmiz “Hədəfi olan hər bir gəminin ən yaxın dostu küləkdir” fikri ilə bizlərə həyatda məqsədlərimizə çatmaqda kömək edən qüvvələrin önəmini bir daha xatırlatdı.
Əmanətlər və gənclərin olduqca marağına səbəb olan bu maarifləndirici görüşümüz daxilimizdəki küləyi kəşf etmək, daha gözəl yaşam üçün dağıdıcı deyil, tərbiyəedici külək olub əsdikcə əsməyə çağırışla yekunlaşdı.