Şəhid Pərviz Məmmədov

Şəhid Pərviz Məmmədov

Şəhidlik zirvəsini fəth etmiş daha bir qəhrəmanımız.

“Cığır” MDİD İB ailəsi olaraq zəfər tarixini yazan şəhidimiz Pərviz Məmmədovun ailəsini tanımaqla şərəfləndik.

Bizləri şəhidimizin yoldaşı Ayşə xanım və gül oğul balası qarşıladı.

Ayşə xanım şəhidimizlə keçirdikləri gözəl günlərindən, xoş xatirələrindən qürur hissi ilə danışdı.
Gözlərində parlayan sevgi ilə qəhrəmanımızın vətənpərvərliyindən, gözəl ailə başçısı, qayğıkeş və mehriban ata olmasından bizlərə bəhs etdi.

Ayşə xanım şəhidimizlə bağlı fikirlərini bizlə bölüşərkən qəlbimizdə şəhidliyin mübarək məqamının ucalığını duyub hiss edirdik.

Pərvizin şahidliyindən nümunə götürəcək tələbələrimiz də igidimizin əmanət balası ilə müxtəlif oyunlar oynayıb onun üzündə təbəssümə səbəb olaraq, bir günlük də olsa üzərlərinə düşən vəzifəni yerinə yetirdilər.

Ayşə xanımın məğrur duruşu, əmanətimizin ümid dolu baxışı bizi çox təsirləndirdi.

Əminliklə deyə bilərik ki, evlərini səmimiyyət, sadəlik və vətənpərvərlik ab-havası bürüyən bu şəhid ailəsi ilə ziyarətimiz yaddaşlarımızdan silinməyəcək, bizə daim haqqa şahidliyin gözəlliyini xatırladacaqdır.