Şəhid Samir Nadirov

Şəhid Samir Nadirov

“Cığır” MDİD İB  bu dəfə şəhidimiz Nadirov Samirin ailəsini ziyarət etdi.

Qəhrəmanımız 1992-ci ilin avqust ayında dünyaya gəlib.
3 il hərbidə MAXE olaraq xidmət göstərib. Şəhid olduqdan sonra qəhrəmanımıza kiçik çavuş adı verilib.

Samir Cəbrayılın alınmasında iştirak edərək böyük mərdlik və şücaət göstərib.  Oktyabrın ayının 15-i Hadrut tunelində şəhadətə yüksəlmişdir.

Şəhidimizin dəstəsi düşmən hücumlarından qorunmaq üçün Hadruta giriblər, bu zaman ermənilər tunelin qarşısını kəsərək içərisinə qrantamyot atıblar. Partlayış zamanı Samirlə birlikdə sağ qalanları da güllələyiblər.

Həmlə taborunun bütün şəxsi heyəti Vətən üçün canını fəda edərək şəhid olub!

Şəhidimiz Samirin Emil və Məryəm adlı 2 övladı var.

Əziz şəhidimiz, Vətənimiz çox xoşbəxtdir ki, torpaqlarını inam və qətiyyətlə qoruyan sənin kimi qəhrəmanları var.

Xalqımız səninlə fəxr edir, qəhrəman şahidimiz!