Şəhid Baş Gizir İntiqam Abbasov

Şəhid Baş Gizir İntiqam Abbasov

“Cığır” MDİD İB olaraq bu mübarək məqama yüksələnlərin ailələrini ziyarət edib, igidlərimizi tanıdıqca xalqımızla daha da qürurlanır, 10 milyon əhalimizin kiçikdən böyüyə və qocadan cavana hər birimizin şəhidlərimizdən nümunə götürməli olduğumuzun şahidi oluruq!

Tanış olduğumuz 1978-ci il təvəllüdlü şəhid baş gizir Abbasov İntiqam Yavər oğlu Füzuli uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Döyüşdə göstərdiyi rəşadət və şücaətə görə çoxsaylı medal və fəxri fərmanlarla təltif olunub.

Həyat yoldaşı və övladları (Fatimə və Əli) Şəhidimizin yüksək insani xüsusiyyətlərindən danışaraq onun olduqca məhrəmətli, ədalətli və xeyirxah olduğundan bəhs etdilər. Saatlarla qəhrəmanımızın necə gözəl övlad, qayğıkeş valideyn, qiymətli qonşu və dost olması haqqında söhbət etdik. Əxlaqına heyran olduğumuz bu ailə ilə çox çətinliklə sağollaşdıq.

Uca Allahdan hər birimizə İntiqam şəhidimiz kimi şahid olmağı diləyirik!