Cığır” MDİD İB-nin “Sağlam Ruhlar” layihəsinin işçi qrupu mart ayında fəaliyyəti ilə bağlı məlumatları təhlil etmiş və aylıq yekun hesabat hazırlamışdır:
8 əmanət ailə dərmanla təmin edildi.
Sumqayıt, Ağsu və İsmayıllı qeydiyyatlı əmanətlərimizlə anaları nevropatoloq, pulmonoloq və digər müayinələrə göndərildi, müalicə yazıldı.
Əmanətlərimiz və anaları (4 nəfər) oftalmoloq qəbulunda oldular, müalicə yazıldı və eynəklə təmin olundular.
Az yaşlı əmanətlərimizin uşaq bezlərinin alınması üçün də mütəmadi yardım edilir.
Qeyd edək ki, müalicə və müayinə xərcləri xeyriyyə fondumuz tərəfindən qarşılanır.
Könüllülərin gələcəyə sağlam ruhlar yetişdirməsinə daim dəstək olduqları üçün könüllü həkim kollektivimizə dərin təşəkkürlərimizi bildiririk.