“Dil insanı dəyərləndirmək üçün vasitədir.” (Məhəmməd peyğəmbər (s.ə.s)
Oxu ayı olan Ramazanda da “Gözəl Düşüncə” layihəsi təfəkkür səyahətinə çıxmaq, kəşflər edərək birlikdə maariflənmək məqsədilə gözəl düşünməyi sevənləri bir araya topladı.
Şamaxı şəhər 10 saylı tam orta məktəbin İngilis dili müəllimi Yeganə Şahbazova təqdimatında hazırda aktuallılığı ilə seçilən ”Dil öyrənmə metodları və Quran metodu” mövzusu ilə bizləri yeni informasiyalarla təəccübləndirdi.
Gənc müəllimimiz bizləri dilin, ünsiyyətin həyatımızdakı rolu, ingilis dilinin əhəmiyyəti və dil öyrənmə metodları haqqında dolğun, bir o qədər də sadə nümunələrlə məlumatlandırdı.
Gardner nəzəriyyəsi, Quranın dil və ünsiyyətlə bağlı tövsiyələrindən söz açan təqdimatçımız ərəb dili ilə ingilis dilinin qarşılaşdırılmasında fərqli nüansların ortaya çıxdığına diqqət çəkdi.
Görüşümüzün sonunda dinləyicilərimiz mövzu ilə bağlı öz fikir və təkliflərini bildirdilər.