Şəhid Murad Rəhimli

Şəhid Murad Rəhimli

“Cığır” MDİD İB-nin dirəyi, lokomotivi, gücü könüllülərdir. Biz könüllülər birləşərək gücün məhz birlikdə, vahid məqsəd üçün tərəddüdsüz fədakarlıqda olduğunu gözəl başa düşürük. Amma bilməzdik ki, cəbhəyə, odun içinə könüllü gedənlərin də şahidi ola bilərik.

İkinci Qarabağ müharibəsinin qəhrəmanlıqla dolu günlərində yüzlərlə könüllünün bölünməz Vətən üçün vahid yumruq olduğunu gördük. Minlərlə igidimiz Ana Vətənin müdafiəsinə bir dəqiqə belə tərəddüd etmədən canlı sipər kimi sıx cərgələrlə durdu.

Bu şanlı oğullar arasında Rəhimli Murad İlqar oğlu da vardı. 1991-ci il təvəllüdlü Murad evdə iki körpə (5 yaş və 1 yaş 7 aylıq) oğlanlarını qoyub cəbhəyə yollanmışdı. İsrarla, dəfələrlə cəbhəyə göndərilməsini tələb edən Murad istəyinə nail olur.

Vətənin azad olunmasında iştirak edir və Suqovuşanda 30.10.2020-ci il tarixində qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucalır.

Ailəsi şəhid Muradın vətənpərvər, xeyirsevər, ədalətli vətəndaş mövqeyini izah edərkən biz onun könüllülüyün əsl mənasını necə düzgün anladığını və bizlərə azad olunmuş torpaqları qaytarmaqla  həyatda fədakarlığın təcəllisini miras qoyduğunu anladıq.