Şəhid Tofiq Kərimov

Şəhid Tofiq Kərimov

Döydüyümüz hər qapıda şəhidimizin ailəsini tanıdıqdan sonra acizanə: “Rəbbimiz, Sənə nə qədər şükür etsək azdır!” kəlməsini deyə bilirik…

Əxlaqlı, namuslu və əsl həyat yoldaşı dediyimiz xanımlarla tanış oluruq.

Sanqaçalda yaşayan şəhid mayor Kərimov Tofiqin ailəsini ziyarət etdik. Ona dost, yoldaş olan sədaqətli ailəsi ilə tanış olduq. Üç oğul atası, hərbidə qulluq müddətini 10 ildən çoxdur ki, bitirən və könüllü yazılaraq cəbhəyə yollanan qəhrəmanımız Şuşa uğrunda gedən döyüşlərdə şəhid olaraq tarixə düşdü.

Onun evinə uzaq yolu getdikcə qəlblərin məsafəsiz bağlarla yaxınlığını hiss etdik.

Evinin havasında qəhrəman şəhidimizin varlığı hiss olunurdu. Həqiqətən, tərbiyəli və çox mədəni oğul övladları ilə tanış olduqda arxalarında güclü və iradəli bir qadın çiynini gördük. Əminik, əziz Şəhidimiz, bu gün ailənlə fəxr etdiyimiz kimi, adını kitablarda oxuyan nəvələrin də səninlə fəxr edəcək!