Yaxın günlərdə “Cığır” İB-nin şəhid xanımları ilə psixoloji-sağlamlıq istiqamətində iş üzrə yeni qolu fəaliyyətə başlayıb.
İnsan qəlbi rəngarəng çalarlardan ibarətdir. Mənəvi dünyamızın qidası olan rənglər aləminə birlikdə səyahət etmək üçün şəhid xanımları ilə “Rənglən, dünyam!” adlı “Art terapiya” proqramına başladıq.
Hər həftənin 1-ci günü baş tutan “Rənglən, Dünyam” art terapiyasında dəyərlilərimiz olan şəhid xanımları və könüllü müəllim, pedaqoq heyəti birgə mənəvi-fəlsəfi, psixoloji söhbətlər aparırlar. Yeni fəaliyyətə başlayan proqramımızda ümdə məqsədimiz şəhid xanımlarına diqqət, qayğı və hörmətimizi bildirmək və cəmiyyətimizə faydalı olmaq adına birlik göstərməkdir.