“Şəfalı süd” adlı ehtiyaclı ailələrə inək alınması layihəmiz davam edir.

“Şəfalı süd” adlı ehtiyaclı ailələrə inək alınması layihəmiz davam edir.

Fəaliyyətə başladığımız ilk illərdən bəri ehtiyaclı ailələrə davamlı və stabil dəstəyin şəxsi təsərrüfatın formalaşdırılması olduğunu düşündüyümüz üçün inək və ya toyuq alınması layihəsini həyata keçiririk. Hazırda əsası tələbə könüllülərdən ibarət “Sağlam ruhlar”- tibb qolumuz layihənin icrasına davam edir.
“Şəfalı süd” adı ilə davam edən layihəmizdə bu gün daha bir əmanət ailəyə sevinc bəxş etdik.
Xeyirsevərlərin ianə dəstəyi ilə Xızıda yaşayan bu ailəmizə inək və buzov alıb bağışladıq.
İnəyin kənddə yaşayan ailələr üçün qazanc mənbəyi və sağlamlıq baxımından əvəzolunmaz tələbat olduğunu düşünərək növbəti tarixlərdə də layihəmiz çərçivəsində himayəmizdə olan ailələrə dəstək olacağımıza ümid bəsləyirik.
Xeyirdə yarışan bütün insaları bərəkət dolu layihəmizə dəstək olmağa dəvət edirik.
Əmanət ailənin sevincində rolumuzun olmasından gözəl nə ola bilər!?
Kapital bank:
4169741310469711
CHINGIZ BAKHSHIYEV