“Kitabınla işıq ol” devizi altında ikinci əl kitab satışı keçirildi.

“Kitabınla işıq ol” devizi altında ikinci əl kitab satışı keçirildi.

Dostlar, bir müddət öncə ölkəmizdə sağlam təməllər qurmaq üçün bizimlə birlikdə addımlayan könüllümüzün universitetdə təhsil haqqı problemini öyrəndik.
Gəncimizin təhsil haqqının ödənilməsinə dəstək məqsədilə kitabsevərlərlə xeyirsevərləri bir araya cəm edib ikinci əl kitab satışı həyata keçirmək qərarına gəldik.
Bir müəllimin təhsil ala bilməsi üçün kitablar, oxucular və könüllülər bir araya toplandıq.
“Kitabınla işıq ol” devizi altında ikinci əl kitab satışımız iki gün davam etdi.
Günlər öncədən dəstək olmaq niyyətilə gənclərimiz öz kitablarını bağışladı, könüllülərimiz ətrafını yarmarkamıza təşviq etdi.
Kitab şatışımızla artıq təhsil haqqı üçün gərəkli məbləğin yarı hissəsindən çoxu toplandı.
2 gün ərzində birlik nümayiş etdirərək müəllimimizi gələcək şagirdlərinə qovuşdurmaqda bizim də rolumuz olduğu üçün xoşbətik.
“Bir uşaq, bir müəllim, bir qələm və bir kitab dünyanı xilas etməyə yetər”.
(Məlalə mənəm)