Həccə çağır, gücünüz yetdiyi qədər…
“Kim xeyirli cığır açarsa, ona ondan pay var” şüarımız yeni cığırlara daim vəsilə olur.
Həccə çağır əmrinə cavab vermək niyyətilə niyyətləndik ki, ümrə xəyalı olan insanımıza dəstək olaq. Hər kəs zərrə zərrə ruzisindən pay versə, zərrələr toplanıb ümman olacaq.
Bismillah dedik və il ərzində toplanan ianələr 3 xanımın ümrəyə getməsinə vəsilə oldu.
İanələr toplandı püşk atıldı və 4 xanımı yola saldıq…
Hər kəsi bu layihədə iştirak etməyə dəvət edirik. Sən ianə et, gün gələr xəbər gələr seçilən o sən olarsan.