“Dəvət-i Füzuli” nin daha bir görüşü həyata keçirildi.

“Dəvət-i Füzuli” nin daha bir görüşü həyata keçirildi.

Bu dəfəki “Dəvət-i Füzuli” görüşümüz də çox fərqli və maraqlı idi.

Füzuli cismən yanımızda olmasada onun işığı hər yerdədir. Bu görüş düşüncələrlə, suallarla dolu səyahət oldu. Söz işıqdırmı? Söz Allahın nurudurmu? Söz həyatdırmı?

Biz cismən dünyada olmasaqda işığımız qalır. İşıqlardan yeni işıq yanır. Deməli işiq olmaq üçün bizim başqa işıqlara çatmağa ehtiyacımız var. Bizim işıq olmağımız üçün Füzuli yə, Cavidə, Əliyə, Hüseynə ehtiyacımız var.

Bəs Füzuli hardadır?

Oxuduğumuz kitabında, aldığımız biliklərdə. Füzuli kimi işıq olmağa, oxumağa, təfəkkür etməyə, maariflənməyə, düşünməyə, hər birinizi digər “Dəvət-i Füzuli” gecəsində görmək ümidiylə…