“Cığır” MDİD İB təsisçisi Yeganə Mirzəyeva və icraçı direktor Nüşabə Hüseynovanın Türkiyənin “Sosyal Sorumlulukta Lider” adına layiq görülmüş ehtiyaclı insanlara sosial, maddi və mənəvi yardımlar edən “Deniz Feneri Derneği” yönətim vəkili Receb Koçakla görüşü əsnasında xeyli faydalı müzakirələr edildi.
Türkiyə ilə yanaşı dünyanın müxtəlif ölkələrində yardım proqramları həyata keçirən və BMT İqtisadi və Sosial Şurası tərəfindən akreditasiya olunmuş qurum olan “Deniz Feneri” dərnəyi 4 milyondan çox insanı öz qanadı altına almışdır.
Rəcəb bəy Şəhidlər adına həyata keçirilən layihələrdən danışarkən “Deniz Feneri Derneği” tərəfindən Afrikada qazılan su quyuları “İçiləcək hər damla, şəhidlər üçün bir dua” layihəsinin yaranma və həyata keçirilməsi haqqında məlumat verdi.
Yeganə Mirzəyeva “Cığır”ın fəaliyyəti haqqında məlumat verdikdən sonra gələcəkdə keçirilə biləcək layihələr haqqında faydalı müzakirələr edildi.
Görüş sonunda isə Rəcəb bəy Azərbaycan və Bakıya salam və sevgilərini çatdırdı.