“Sağlam ruhlar” layihəsi çərçivəsində “Kitabınla işıq ol” adlı kitab satışı həyata keçirildi.

“Sağlam ruhlar” layihəsi çərçivəsində “Kitabınla işıq ol” adlı kitab satışı həyata keçirildi.

“Sağlam ruhlar” layihəsi çərçivəsində əmanətlərimiz üçün ikinci əl xeyriyyə kitab satışımız baş tutdu.
Layihə könüllüləri 2 həftə müddətində böyük sevgi, zəhmət, şövq və həyəcanla kitab satışımıza hazırlaşdılar.
Könlünün istisindən pay verən tələbələrimizin təşkilatçılığı ilə kitab mağazaları və kitabsevər dostlar ikinci əl xeyriyyə satışımıza təşviq olundu.
2 gün davam edən satışımızda əsas məqsəd əldə olunan vəsaiti əmanətlərin tibbi-sağlamlıq xərclərinə sərf etmək və gül balalara sağlamlıq bəxş etməkdir.
Kitablarla işıq oldular.
“Bir kitab, bir həyatdır” – deyən kitabsevər dostlarımız bu gözəl təşəbbüsümüzə biganə qalmadılar və onların sayəsində xeyriyyə fondumuz daha da möhkəmləndi.
Artıq bir neçə ay müddətində əmanət balalarımızın rahat şəkildə tibbi xərclərini qarşılamaq mümkün olacaqdır.