Şəhid Yalçın Cavadov

Şəhid Yalçın Cavadov

İkinci Qarabağ Vətən müharibəsindən artıq 2 aydan çox keçsə də millətimizə qələbə sevincini yaşadan, tarixi cəsur əllərilə yazan igid oğullarımızın ailələrinin yanında olmaq, onlara mənəvi dəstək olub, dərin təşəkkür və minnətdarlığımızı bildirmək “Cığır” MDİD İB-nin özünə borc bildiyi əsas vəzifəsi və məqsədlərindən biridir. Bu səfər qəhrəmanımız maxi manqa komandiri şəhid Yalçın Cavadovun ailəsini ziyarət etdik. Öz evləri olmadığından Müşviqabadda qohumlar yanına sığınan üç övladı Zəhra 13 yaşlı, Aqil 12 yaşlı, Yaqub 1 yaşlı və çox həlim həyat yoldaşı bizə şəhidin qəhrəmanlıq yolundan bəhs etdilər. Onun haqqında danışmaq onlara o qədər xoşdur ki … Yalçın şəhidimiz çox pozitiv enerjili, şən, ətrafını bircə gəlişilə canlandıran bir insan olub. Hərbi kursları keçərək hərbçi vəzifəsini seçib və yanılmamışdı. Bir çox tərifnamə alıb və atış komandiri kimi böyük nailiyyətlər əldə etmişdi. Füzuli uğrunda döyüşdə yaralanandan sonra səngərdə qalmayıb, əsgərləri yeni hücuma qaldıranda başından aldığı yara onu şəhadətə ucaldıb. Şəhidimiz 19.05.1985-ci ildə doğulduğu Şamaxının Sabir adlı qəsəbəsində 2020-ci ilin 9 oktyabr tarixində dəfn olunub.