Şəhid XTQ giziri Namiq Xəlilov

Şəhid XTQ giziri Namiq Xəlilov

“Cığır” İB qəhrəmanlar sorağı ilə çıxdığı yolda hər yeni tanışlıqda Vətən üçün canlarından keçən oğullarının ailələrilə tanışdıqda heyranlıqla qeyd edir ki, bizim nəsil çox bəxtəvərdir ki, belə igid insanlarla çağdaşıq. Bu səfərimizdə 15 iyun 1992-ci ildə Şirvan şəhərində doğulan Xüsusi Təyinatlı Qüvvələrin giziri şəhidimiz Xəlilov Namiqin ailəsi ilə tanış olduq.
Qəhrəman gizirimiz Türkiyə və Gürcüstanda müəyyən kurslara və təlimlərə qatılmış, uğurlu nailiyyətlər əldə etmişdir. 2016-ci il aprel döyüşlərində Talış kəndi uğrunda döyüşlərdə fəal iştirak etmiş, xidmətdə uğurlarına görə fəxri fərmanlar və medallarla təltif edilmişdir. “Hərbi  xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal” və “Azərbaycan ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
2020-ci ildə 2-ci Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanca şəhidlik zirvəsinə yüksəlmişdir.
Şəhadətindən sonra “Vətən uğrunda”,
“Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Namiq Xəlilov iki az yaşlı övladını, 3 yaşında oğlu Həsən və 1 yaşında Ayan qızını millətimizə əmanət qoyub. Allah millətimizi  utandırmasın və əmanətə həqiqi sahib çıxanlardan etsin.