Şəhid baş gizir Oktay Bədəlov

Şəhid baş gizir Oktay Bədəlov

Hər ana övladını əzizlər, sevimli balam deyər, amma elə insanlar olur ki, onlara Vətən özü oğlum deyir. Bütün millətin fəxri və sevimlisi olan oğullar bizim igid qəhrəmanlarımızdır.
“Cığır”ın tanış olduğu növbəti qəhrəman Tovuz rayonunun Çeşməli kəndində doğulan, əsl pəhləvana oxşayan baş gizir Oktay Bədəlovdur.
Baş gizir 2014-cü il Goranboy döyüşləri, 2016-cı il aprel döyüşləri, 2020-ci ilin iyulunda Tovuz döyüşlərinin iştirakçısı olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texniкasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə, Azərbaycan Prezidenti İ. Əliyevin Sərəncamına əsasən Oqtay Bədəlov şəhadətindən sonra  “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni və “Kəlbəcərin azad olunması” ordeni ilə təltif olunub. O, Qubadlıya Azərbaycan bayrağını sancan igidlərimizdən biridir. Qəhrəmanımızın nümunəvi ailə başçısı olduğuna, iki əmanəti ilə görüşüb atalarının onlara qoyduğu ən gözəl mirasın gözəl tərbiyə və azad torpaq olduğuna şahid olduq. 7-ci sinifdə oxuyan Pərvin və 5-ci sinif şagirdi Nərmin əsl qəhrəman övladları kimi yüksək vətənpərvərlik ruhları və təhsillərində gözəl nailiyyətləri ilə bunu təsdiqlədilər.
Qəhrəmanımız Bədəlov Oktay öz ad günündə 27.10. 2020-ci ildə şəhadətinə qovuşub  və Tovuz rayonunda  dəfn olunub.