Şəhid Xəyal Aslanov

Şəhid Xəyal Aslanov

Qəlbimizdə dərin kök salan şəhidlərimiz bizim üçün sönməyən ulduz kimi daim parlayacaq, gələcək günlərimizi öz nurları ilə əbədi taclandıracaqlar!
Bu torpaq onların qanıyla zinətlənmişdir.
Tərtərdə Şəhidimiz Xəyal Aslanovun ailəsini ziyarət etdik.
Şəhidimizin anası da əmanət idi. Həmçinin məcburi köçkün olan anamızın qardaşı da 1992-ci il vətən uğrunda şəhid olub.
Şəhidimiz Xəyal həm də Aprel döyüşlərində qəhrəmancasına döyüşüb.
Arxa cəbhədə olan Xəyal neytral zonada yaralı dostlarının və komandirinin səsini eşidən zaman buna dözməyib və icazə alaraq onları orada qurtarmaq istədiyini bildirib. Dostlarını qurtarmağa çalışan Xəyalın yanına minamyot düşərək ayağına dəymiş və artilleriya damarını kəsmişdir. Ağır qan itkisi nəticəsində komandiri ilə əl-ələ şəhidlik zirvəsinə ucalmışdır..
Anası Xəyalın mərd və cəsur olduğunu vurğulayıb. O, şəhidimizin həyətlərində 50 ədəd göyərçin saxladığını, mərmi düşən zaman yarısının həlak olduğunu, yarısını da özlərinin uçurduğunu bildirdi.
Xəyaldan bizə Umud və Uğur adlı 2 gözəl bala əmanət qaldı. Umud hərbçi, Uğur isə polis olmaq istəyir.
Öz vəzifəsinə sevgi və məsuliyyətlə xidmət edən Xəyal nişanı olan zaman belə nişanda iştirak etməmiş və öz vəzifəsini icra etmişdir.
Vətən, sən nə xoşbəxtsən, qoynunda neçə-neçə igidlər boy atmış və sənin adını ucaltmışdır.