Əsgər əmanətimiz Röyal ilə görüşdük.

Əsgər əmanətimiz Röyal ilə görüşdük.

“Cığır” hal-hazırda əsgəri xidmətdə olan Röyal əmanətini ziyarət etdi.
Röyal bir az dəlisov, ərköyün əmanətlərimizdəndir. Onun ən doğru istiqamətə yönəlməsi, gələcəyin xeyir çağırışçılarından olması üçün “Cığır” həmişə cəhd edib və buna inanıb. Bir qəlb bağlılığını daim həm onlar hiss edib, həm də “Cığır”.
“Cığır” “Sən seçilmiş əmanətsən və ən gözəl seçilmişliyinlə örnək olacağına inanırıq!” – demək üçün Röyalın görüşünə tələsdi. Mənəvi dəyərləri xatırlamaq və xatırlatmaq üçün.
“Cığır” xeyriyyəçilərimiz adından hərbi hissədəki əsgərlərin hər birini sevindirəcək ərzaqlar almağa cəhd etdi. Sonradan Röyalın əlaqə saxlayıb hədiyyələri ön cəbhədəki əsgər yoldaşları ilə bölüşməsi xəbəri qəlbimizə sevinc və ümid bəxş etdi.