Şəhid Ayşad Əzizov

Şəhid Ayşad Əzizov

Qanları ilə tarix yazanlar yaddaşımızda silinməyəcək bir iz qoydular.
Öz rifahlarını bizim üçün qurban verən, gələcək nəsillərə örnək olan, bizi birlik halında cəm edən, şahid olan şəhidlər.
Şəhidimiz Ayşad Əzizov 1990-cı il, sentyabrın 5-də Tərtər rayonunun Əskipara kəndində anadan olub. Ordu sıralarında Maxe – kəşfiyyatçı idi. 27 sentyabr Talış kəndində gedən döyüşlərdə şəhid olmuşdur.
Həyat yoldaşı Naibə xanım şəhidimizin qeyri-adi insan olduğundan danışırdı. Ayşad bizlərə 2 əmanət qoyub getmişdir.
7 yaşlı Yusif və 5 yaşlı Hüseyn.
Yusif bizim gəldiyimizi görüb doğum günündə Tərtərdə olan könüllü gənclərin ona hədiyyə etdiyi əsgər formasını geyindi. Yusifin atasının şəklinin önündə qürurla dik duruşu bizə “şəhidlər diridirlər” ayəsini xatırlatdı.
Yusifin duruşunda, Hüseynin əzmində gələcəyimizin izləri var..
Şəhidlər sanki bu millət üçün gələcəyə özlərinin əvəzinə ordu qoyurlar.
Sözlə izah olunmaz hisslər yaşadan şəhidlərimiz…