Şəhid Xəqani Fətiyev

Şəhid Xəqani Fətiyev

Bu şəhidimiz bizi imanlı gəncləri ilə heyran edən Cəlilabad rayonundandır. Xəqani Fətiyev 27 sentyabrda Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

Cəliləbadın uzun, enişli və yoxuşlu yollarını kənd-kənd gəzdikdən sonra yenicə yol alırdıq Masallıya ki, bir zəng gəldi.

Xəbər aldıq ki, şəhidimizin yenicə dünyaya gəlmiş körpəsi var. Biz də düşündük ki, onu ziyarət etmədən Cəliləbaddan çıxmayaq.

Soraqlaya-soraqlaya şəhid Xəqani Məmmədovun evinə çatdıq. Hələ qapıdan içəri girən kimi bir-birindən gözəl 3 övladı və bir yeni doğulmuş körpəsinin isti baxışı, incə təbəssümləri qəlbimizi oxşadı.

Ehtiyat etdiyimiz üçün ananı və körpəni çox incitmədik, könül istərdi ki, uzun-uzun söhbətlər edək, ancaq hələ ki virus təhlükəsi ehtimalını nəzərə alaraq uzaqdan təmas qurduq.

Körpəmiz beşiyində həzin-həzin nəfəs alanda biz də ona pəncərədən sevgimizi ötürdük.

Əziz şəhid övladları, hər biriniz bizə atalarınızın və Allahın ən dəyərli əmanətisiniz!