Əliyev Sənanın həyat yoldaşı, anası və bizlərə əmanət qoyduğu iki övladını görəndə qəlbimizdə şirin bir təbəssüm oyandı. Qarşılaşdığımız mənzərə bizi ürəkdən sevindirdi.
Gənc könüllülərimiz şəhidimizin balaca qızı Suna və oğlu Əlisəfa ilə uzun-uzun danışıb, oynayıb, onların balaca dünyaları ilə tanış olarkən biz də ailə üzvləri səmimi söhbətə daldıq.
“Yaşayan hər nəfs ölümü dadacaq”,-(Ənbiya) deyir, kitabımız. Yalnız bir dəfə verilən həyat və sadəcə bir dəfə yaşanan ölümün adının şəhidlik olması nə muazzam bir nemətdir!
Şəhidimiz 28 sentyabrda Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.
Allah şəhidlərimizə rəhmət etsin. Bizlərə əmanət qoyduğu dünyanı daha da gözəlləşdirmək hər birimizin müqəddəs borcudur.