“Cığır” ailəsi olaraq şəhidimiz Əliyev Orxanın Nur adlı balasına əməliyyatı üçün birlik göstərdik.

“Cığır” ailəsi olaraq şəhidimiz Əliyev Orxanın Nur adlı balasına əməliyyatı üçün birlik göstərdik.

Mərhəmət, dostluq, qayğıkeşlik Azərbaycan xalqının damarında axan qan kimidir.
Şəhidlərimiz bu duyğuları daha da möhkəmləndirərək bizə dəyərlərimizi xatırlatdı.
Dəyərli izləyicilər, “Cığır” ailəsi Bərdə şəhərindən olan şəhidimiz Əliyev Orxanın bizlərə əmanət qoyduğu Nur adlı balasına qaraciyər transplantasiyası əməliyyatı üçün birlik göstərmişdir.
Qeyd etmək istəyirik ki, Nura xalası Ülviyyə xanımın qaraciyərinin bir hissəsi transplantasiya olunmuşdur.
Əməliyyat üçün Bakıya gələn şəhid ailəsi “Cığır”ın yurdunda yerləşdirilərək hər gün gündəlik ehtiyacları təmin edilmişdir.
Şəhidimizin digər 3 övladı da könüllülərimiz tərəfindən gəzinti və tədbirlərə aparılaraq onların üzündəki gülüşə səbəb olmaq üçün səfərbər olmuşdur.
Əməliyyat öncəsi və sonrası tələb olunan dərmanlar “Şahid şəhidlər” komandasının maddi dəstəyi sayəsində alınmışdır.
Hər bir xeyirsevərə dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimiz bizim üçün çox dəyərlidir. Onların ailəsinə xidmət və qayğı hər birimizin borcudur. Allahdan Nur balamıza və Ülviyyə xanıma şəfa diləyirik.