Bu gün “Cığır” MDİD İB-nin nəzdində fəaliyyət göstərən tibb qolu- “Sağlam Ruhlar” komandası olaraq əmanətimiz Tuqay Qəhrəmanovu ziyarət etdik.
Tuqay Qəhrəmanov Fallo xəstəliyindən (ürək yetməzliyi) əziyyət çəkir. Bir neçə ay əvvəl vəziyyəti ağırlaşan Tuqayın müalicəsinə dəstək olmaq məqsədi ilə “Sağlam Ruhlar” könüllüləri olaraq “SAĞLAM QƏLB QAZANAQ” adlı yardım aksiyası başlatdıq.
Xeyirsevər insanların ianə və sədəqələri ilə əmanətimizin müalicəsi üçün 5500 azn məbləği ailəyə çatdırdıq.
Tuqay cəmiyyətimiz üçün bir xəzinədir.
Tuqayla söhbət edərkən bir an belə üzündən təbəssümü əksik olmurdu. O, sağalacağına böyük ümid bəsləyir.
Onun gələcəyin istedadlı və ziyalı gənci olacağına əminik və inanırıq.
Bu inancla sizləri əmanətimizə dəstək olmağa dəvət edirik.