Şəhid Toğrul Hacıyev

Şəhid Toğrul Hacıyev

“Cığır” ailəsi olaraq Vətəni qorumaq üçün şəhidlik zirvəsinə yüksələn igidlərimizin dastanlıq hekayələrini dinləməyə və onları tanımağa davam edirik.

Həmin dəyərli oğullarımızdan biri də Hacıyev Toğrul Siyavşah oğludur.
Toğrul 1991-ci il fevralın 4-də Göyçay rayonunda anadan olub.

Şəhidimiz 1997-ci ildə Çayarxı kənd ümumi orta məktəbində təhsil almış buranı bitirdikdən sonra peşə məktəbinə yollanmışdır.

25 oktyabr Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olan Toğrulun ən böyük arzusu  Füzulinin və Qarabağ torpaqlarının işğaldan azad olunması idi.

Toğrulun anası danışdıqda onun gözlərindən yalnız məğrurluq hiss olunurdu. Oğlunun adını qürurla anır və bu torpaqların azadlığı uğrunda onun da payının olması ilə fəxr edirdi. Toğrulu tanıyanlar onun necə səmimi, gülərüz, qayğıkeş insan olduğunu deyirlər. Həqiqətən də, şəhidlik zirvəsi gözəl əməl sahiblərinin mükafatıdır.

Şəhidimizin bizə Ləman və Tunar adlı övladları əmanətdir.
Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini unutmamaq və daim ehtiram etmək hər bir azərbaycanlının borcudur.
Həyatımıza yaşamları və şəhidliyi ilə örnək olan qardaşlarımıza mənəvi borcumuzu gələcək nəsillərə faydalı bir fərd olmaqla ödəyə bilərik.