Şəhid Abbas Əliyev

Şəhid Abbas Əliyev

Aləmdə olan bütün gözəl qoxuların cəmləşdiyi bir çiçək var.

Bu gün qələmimiz cənnət çiçəyi şəhid Əliyev Abbas haqqında yazacaq.

O, 1988-ci ildə yanvarın 9-u Bakının Ramana qəsəbəsində anadan olmuş, elə buradan da döyüşlərə yola düşmüşdür.

Vətənini çox sevən Abbas hərbi xidmətini uğurla yerinə yetirib evə qayıdır. Tariximizin şanlı səhifəsi olan Qarabağ savaşına könüllü şəkildə yollanır.

Şəhid Abbas bizə “Könüllülük könül işidir” şüarını xatırlatdı. O da vətən könüllüsü idi. Çünki onun da qəlbi vətən sevgisi ilə yoğrulmuşdu.

Şəhidimiz 1 oğul övladını millətinə əmanət qoyub. Xanımı qəhrəman yoldaşındam fəxr və qürur hissi ilə söz açırdı. O, qeyd edirdi ki, müharibədə ona zəng vuraraq deyib: “Burada şəhidlik haqqında danışırlar. Şəhid olmaq o qədər gözəldir ki, adam istəyir lap şəhid olsun”.

Bu cümlələr Abbasın qəlbində şahidlik sevginin toxumları olduğundan xəbər verir. Bu toxumlar müharibədə baş qaldıraraq onu ən ali məqam eşqinə səslədi.

Abbası tanıyan hər kəs onun barəsində çox gülərüz, qayğıkeş, mehriban bir oğlan olduğunu deyir.

Şəhidimiz: “Bu mənim arzumdur. Arzum yerinə yetdi və məni döyüşə çağırdılar. Mən də getməsəm kim getsin vətəni qorumağa, xilas etməyə?”

Yola düşmək məqamı yetişəndə qəhrəmanımızın gözəl, mehriban ailəsi ilə vidalaşaraq bu çiçəyin ətrini bir az daha ruhumuza çəkdik. Çünki bilirdik bu ətir ruhumuza məlhəm, qəlbimizə gücdür.

Şəhadətin mübarək, şəhidim!

Yeni nəfəslər bizi gözləyir.