“Help Yetim” insani yardım vəqfinin başqanı qonağımız oldu.

“Help Yetim” insani yardım vəqfinin başqanı qonağımız oldu.

25-28 fevral aralığında Almaniyanın Köln şəhərində fəaliyyət göstərən “Help yetim” insani yardım təşkilatının başqanı Türkiyəli Cahid Ataş və xanımı Rəhimə xanım “Cığır” ictimai birliyinin qonağı olublar.
Kollektivimizin səmimi qarşılamasından dərhal sonra qonaqlarımızla Şəhidlər Xiyabanı və Türkiyə şəhidliyi ziyarət edilib. Daha sonra Xocalı qətliamının 30 illiyi Xocalı abidəsi önündə yad edilib. Bakının İçərişəhər tarixi yaşayış yerində qonaqlarımız qədim Bakının qədim siması ilə, Heydər Əliyev məscidində cümə namazı qılındıqdan sonra dul analarımızın kiçik sahibkarlıq fəaliyyəti sayılan Maidə tekstil tikiş evində işçilərlə səmimi tanışlıq oldu. Daha sonra “Munir” gənclər mərkəzində könüllü gənclər tərəfindən səmimi şəkildə qarşılanan dəyərli qonaqlarımız gənclərin qaynar könüllülük həyatının bir iştirakçısına çevriliblər. Sosial sahibkarlıq layihələrimizdən olan “Mülk” xeyriyyə AVM-nin və onun ən kiçik filialı Suraxanıya ziyarət təşkil edərək mağazanın fəaliyyəti ilə tanış olublar.
Xətai mərkəzi kitabxanasında keçirilən “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərcivəsində həyata keçirilən dəyirmi masaya qatılıblar. “Cığır”ın ən sevimli layihələrindən olan yeni əmanətlərlə tələbələri görüşdürən “Tanış olaq” layihəsinə qatılaraq uşaqlara müxtəlif hədiyyələr, kitablar paylanaraq şirin çay stolu ətrafında gözəl zaman keçirən qonaqlarımız daha sonra çiçək əkimi masterklasında iştirak ediblər, “Help yetim” birliyi loqosu dibçəkdə həkk olunub və Şuşa torpağı ilə əkilmiş çiçək qonaqlarımıza hədiyyə edilib.

Qonaqlarımız “Fidan” qızlar yurdu və “Rizvan” oğlan yurdunun tələbələri ilə də yaxın ünsiyyət bağları qurublar, onların şəraitləri, könüllülük fəaliyyətləri ilə taniş olublar. “Amber soap” sabunları, eko çantaların hazırlanmasındq və sosial sahibkarlıq layihələri olan “Düşbərə” bükümündə sevə-sevə iştirak ediblər. Bərabər qazi və şəhid ailələrini ziyarəti də özümüzə borc bilərək Vətən uğrunda döyüşən igidlərin xatirəsi sevgi və qürurla yad edildi.

Növbəti gün misafirlərimiz könüllü tələbələrin mütəmadi təşkil etdiyi “Kitabınla işıq ol” ikinci əl xeyriyyə kitab satış sərgisinə qatılmış, yeni layihələrdən biri olan “Bağbanın bağçası” layihəsi də qonaqlarımızın könlünü oxşamışdır. Daha sonra qonaqlarımız “Salam yurdu” təlim-tədris mərkəzinin dəstəyi ilə həyata keçirilən əmanətlərə ayrılan təhsil təqaüdü proqramı ilə tanış olmuşlar. “Cığır”ın əmanət ana və uşaqları ilə keçirilən qrup terapiyalar haqqında məlumatlandırılmışlar.
Qonaqlarımızın “Cığır” ictimai birliyinin illik hesabat iclasına qatılaraq iş fəaliyyətimizin ən incə detalları və davamlı layihələrimizin təqdimatını dinləməklə başa çatdırılmışdır.

Qonaqlarımıza Birliyimizə təşkil etdikləri ziyarət üçün dərin təşəkkür və sevincimizi bildiririr, “Help yetim” vəqfinin müqəddəs işinə müvəffəqiyyət diləyirik.