Şəhid Telman Kəlbiyev

Şəhid Telman Kəlbiyev

Şəhid ailələri ilə görüşlərimizi davam etdirərək bu dəfə şəhid Kəlbiyev Telmanın ailəsində olduq.

Cəsur döyüşçü İkinci Qarabağ müharibəsinin ilk günlərindən torpaqlarımızın azad edilməsi üçün döyüşlərə qatılıb və 2 oktyabr 2021-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Ailəsinin şəhidimiz haqqında danışdıqlarını sizinlə də bölüşməyi özümüzə borc bilirik.

Onun yolunu 85 gün gözlədik… O günlər ərzində saat əqrəblərinin sanki durduğunu hiss edir, zamanı sonsuz dəlik kimi zənn edirdik.

Nəhayət, 85 günlük həsrəti bitdi, qurbanlar kəsildi, o qayıdırdı…

İki oğul atası, yeddi bacının tək qardaşı, general Polad Həşimovun Şəmkirdə şəxsən seçdiyi Telman qəhrəman adı ilə anasının, həyat yoldaşının, əzizlərinin yanına şəhid olaraq qayıdırdı.

Hər kəsin sevimlisi, məsləhət yeri, pənah qapısı idi Telman.

Qayğıkeş ata və xeyirli övlad, cəsur döyüşçünün şahadəti məhz belə olmalı idi.

Adını qəlbimizə qanı ilə yazan Telman şəhidimiz, səninlə eyni Vətən torpağını bölüşdüyümüz üçün fəxr edirik!
Ruhun şad olsun, Vətən fədakarı!