Şəhid Anar İsgəndərov

Şəhid Anar İsgəndərov

“Cığır” MDİD İB qəhrəman şəhid İsgəndərov Anar Vahid oğlunu tanımaqla şərəfləndi.

Anar İsgəndərov 2001-ci il avqustun 29-da Xırdalan şəhərində anadan olub.

Anası Validə xanım igid oğlu haqqında deyir:
Anar universitetdə oxuduğu halda heç kimi dinləməyib “öncə vətən”- deyərək hərbi xidmətə çox böyük həvəslə yollandı. Evdə olduğu kimi orduda da sakit və yerini bilən Anar böyük hörmət qazanmışdı. Həmişə zəng edəndə “Yerimiz yaxşıdır, özüm də yaxşıyam, narahat olmayın, arxa cəbhədəyəm”,- deyirdi. Ancaq əsgər yoldaşı sonradan bizə bildirdi ki, sizlə danışanda Anar döyüş bölgəsində idi.

Anar şəhid olacağına nə qədər əmin idisə də, mən bu fikri heç özümə yaxın buraxmırdım. Anarı gətirirlər deyəndə elə bildim ki, yaralanıb həkimə gətirirlər.
Mən fəxr edirəm ki, balam qeyrətli oğul oldu. Dəfələrlə komandirləri Anarın qəhrəmanlıqlarına görə bizə xüsusi təşəkkür edib“.

Qəhrəman şəhidimiz Ali Baş Komandanın sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Haqq şahidimiz, bu gün Vətən bağı siz şəhidlərimizin şücaət və rəşadəti ilə al-əlvandır. Allah bütün şəhidlərimizə rəhmət etsin!

Şəhidlər qoymadı ensin bu bayraq,
Hər dalğası bir şəhidin ruhudu.
Vətən iman yerim, Vətən inancım,
Bu Vətən savaşı – xalqın ruhudu. (Elxan Yurdoğlu)