“Cığır” MDİD İB qəhrəmanlıq nümunəsi olan 44 günlük ikinci Qarabağ müharibəsində şəhadətə yüksəlmiş qəhrəmanlarımızla tanış olmağa davam edir.
Bu günkü qəhrəman C. Naxçıvanski adına Hərbi Liseyin mayoru Asiman Əliyevdir. Şəhidimiz uşaqlıqdan mübarizliyi, cəsarəti və əxlaqı ilə seçilirdi. Vətənin ağrılı günlərində Füzulidə gedən döyüşlərə tabor komandiri kimi təyin olunmuşdur. Ağır döyüşlər zamanı yaralanır və yüksək şəhid adının ona yaraşdığını təsdiqləyir.
Bir insanda eyni zamanda gözəl ədəb, nəzakət və böyük gücün olması onun əsl vətəndaş və xalis insanlığını bildirir. Mayor A. Əliyev məhz belə nümunəvi insan olmuşdur.
Həyat yoldaşı və 3 tərbiyəli övladı atasının həsrətini çəkərək şəhidimizin demək olar ki, “bacarmadığı iş olmadığını, hər işin əsl ustası” kimi bacarıqlı olduğunu bildirdilər.
Evində özəl hüzur və ruhu rahatlaşdıran bir sakitlik var. Həyətində əkdiyi ağaclar belə ətrafa o enerjini yayır.
Tərbiyəçi müəllim olaraq Şəhidimiz gənc nəslin əsl igidlər kimi yetişməsində böyük əmək sərf edib.
Allah qəbul etsin səndən, əziz Vətən övladı!