Şəhid Taleh İsmayılov

Şəhid Taleh İsmayılov

Lənkəranın Boladi kəndində yaşayan şəhidimiz- İsmayılov Talehin ailəsini ziyarət etdik.

Şəhidimizin gənc həyat yoldaşı 3 oğlu ilə birlikdə Boladi kəndində yaşayır. Hər şəhidimizin ailəsi ilə tanış olduqca millətimizə bir az daha aşiq oluruq.

Böyük bostanları olan şəhid yoldaşı Gülayla sarmaşıqları təmizləyərək zərərli sevgidən bəhs etdik. İnsanın yaradılış missiyası faydalı olmaqdır. Həyat yoldaşın şəhid olaraq ucaldı, indi sən elə bir ömür sürməlisən ki, kitabın vərəqlənəndə yoldaşın “mənimlə rəqabətə girmisənmiş ki…” –deyib sevinsin.

İbtidai sinif müəllimi olan Gülayın onu sevən sinif dolusu balaca uşaqları var.

Gülayın anası “Mən hər namazımda onunla söhbət edirəm, o, mənim yuxularıma qonaq gəlir”- deyə Taleh ilə olan xatirələrindən bəhs etdi.
“Hər sabah yuxudan oyanıb güllərimi sulayıram, bostanıma qulluq edirəm, hər sabah sevgimi onlara verirəm”.

Yola düşərkən ana bizə ən gözəl çiçəklərindən birini hədiyyə etdi.