Şəhid Şamo Kərimov

Şəhid Şamo Kərimov

“Cığır” MDİD İB-nin növbəti görüşü 44 günlük ikinci Qarabağ müharibəsində şəhid olmuş Şamo Kərimovun evində baş tutdu.

Şamo Kərimov vətəninə, millətinə bağlı bir gənc idi. Vətəninin dar günündə yurdunun çağırışını cavabsız qoymamış, mənəvi borcunu yerinə yetirmək üçün cəbhəyə yollanmışdır. Komandiri hər dəfə ona deyirmiş: “Kaş sənin kimi döyüşçülərimiz olsun, olsun ki, vətənimizi sizlərə əmanət edə bilək”. Şamo da döyüşçü yoldaşları kimi idmançı idi.

Hətta onlar silahdan əlavə mütləq şəkildə üzərlərində bıçaq da gəzdirir, əlbəyaxa döyüş zamanı bundan istifadə edirdilər.

Şəhidimizin anası deyir ki, Şamo ilə danışanda mənə dedi ki, müddətdən artıq xidmət etmək istəyir. Komandiri də bu fikrini dəstəkləyirdi. Razılığımı almaq üçün mənə zəng vurmuşdu, halallıq istəmişdi.

Özü cəbhədə vuruşsa da, kənar bölgələrdə yaşayan insanların həyatı ilə maraqlanır, düşmən təxribatından əziyyət çəkənləri elə hey düşünürdü.

Cəbhədə olarkən şəhid olma ehtimalını göz önünə alaraq, ailəsinə iki gün öncədən video zəng edib, halallıq alıb. Şamo Kərimov Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə- yağışlı bir gündə şəhidlik zirvəsinə yüksəlir.

Biz vətənimizi Şamo kimi minlərlə qəhrəmana əmanət etmişdik. İndi isə şəhidimizdən bizlərə iki yaşında oğlu əmanət qalıb. Vətən oğlunun haqqını ödəmək hər birimizin borcudur.

Allah şəhidlərimizə rəhmət etsin, hər kəsə onlar kimi şərəfli ömür nəsib etsin!