Şəhid Şahin Allahyarov

Şəhid Şahin Allahyarov

Salam olsun Allah və vətən deyib şəhadət məqamını fəth edən şəhidlərə…

Hər biri bir məktəb idi, yazıldı ömrümüzə.
Biz 44 günlük haqq savaşında qeyrət, igidlik, şəhadət və sevgi imtahanı verdik.

Şanlı zəfərlə çıxdığımız imtahanın şahidləri ilə tanış olmağa davam edirik.

Qubanın Zizik kəndinin ilk şəhidi Şahin Allahyarovun ailəsinin qonağı olduq.

Ailəsi və xalqı ilə son olaraq video vasitəsi ilə halallaşan şəhidimizin ailəsi onunla fəxr edir.

“Mən hər zaman istəmişəm ki, mənimlə fəxr edəsiniz, mən haqq yolunda gedirəm”- deyən şəhidimiz dünyanın dörd bir yanında yaşayan azərbaycanlıların qürur mənbəyinə çevrildi.

Şəhidlik məqamını sanki öncədən hiss edən Şahin vida videosunda həyat yoldaşından oğluna adının qoyulmasını xahiş edib. Şahinin ətrini hiss etdirən balaca oğlu indi atasının adını daşıyır.

Şəhadət məqamının sahibləri özlərindən sonra varis qoydular. Elə varislər ki, onlar qurtuluş müjdəçisidir.

Şahin Allahyarov bizlərə Oksana və Şahin adlı iki gözəl əmanət qoyub. Ailəsinə və anasına çox bağlı olan şəhidimiz təkcə kəndinin deyil, bütün millətimizin sevimlisi, əzizi və fəxridir.

Dastana döndün, dastana döndün…