“Cığır” MDİD İB Yevlax rayonunda yaşayan şəhid ailələrini ziyarət etməyə davam edir.
Bu dəfə Yevlaxın Salahlı kəndinin igid, qorxmaz oğlu şəhid Amanov Əhmədin bizə qoyduğu əmanətlərin görüşündə olduq.
Ailəsi ilə söhbətimizdə Əhmədin necə gözəl övlad, ata, qardaş və həyat yoldaşı olduğunu hiss etdik.
Amma ən əsası onun mükəmməl insan olduğunu duyduq. Əhməd sədəqənin əsl məğzini bilib, onu gizli verməyi sevən biri olub. Ailəsi bunları Əhməd şəhid olandan sonra eşidib.
Anası illərlə xəstəlikdən əziyyət çəkmişdir. Buna görə kiçik yaşından atası ilə birlikdə çətin vaxtlarda daim işləyərək ailəsinə dəstək olmuşdur. Çox zəhmətkeş və mərhəmətli oğul, iki bacısına gözəl qardaş, yeganə övladı Tahir üçünsə, qayğıkeş ata olmuşdur.
Əziz şəhidimiz, səninlə qürur duyuruq, qarşında baş əyib mehriban ailənlə sevgi və təşəkkür hissləri ilə, yenə görüşmək ümidi ilə vidalaşırıq.