Şəhid baş çavuş Fərid Hüseynov

Şəhid baş çavuş Fərid Hüseynov

“Cığır” MDİD İB Şəkidən baş çavuş Fərid Hüseynovun ailəsinin izi ilə gedib şəhidimizin xanımını və iki gözəl qızını Ağdaşın Ləki qəsəbəsində tapdı.

Evlərinin şəraitsizliyi səbəbilə şəhidimizin ailəsi öz valideynləri və qazi qardaşının evində yaşayır.

Qəhrəman Fərid uşaqlıqdan çox zəhmətkeş olub. Anasının səhhəti ilə bağlı problem olduğu üçün ailənin yükünü həmişə üzərində çəkib.

Fəhlə işlədiyinə baxmayaraq, ailəsinə daim zaman ayırıb, diqqətli, qayğıkeş həyat yoldaşı olub.

Fərid Hüseynov səfərbərliklə cəbhəyə yollanıb, həmlə bölgəsində qulluq edib.

Noyabrın 7-i Şuşada gedən qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Yoldaşının “mən fəxr edirəm ki, Cənnət sakini ilə həyat qurmuşam, onunla 7 il bərabər yaşamışam” sözləri çoxumuza ibrətdir.

Bizim üçün canlarından keçən Cənnət sakinlərinə biz də qiymət verib onların dəyərlilərini əziz tutaq.

Şəhidlik adın mübarək olsun, əziz qəhrəmanımız!