Bu dəfə yol bizi şəhidimiz Rəşad Quliyevin evinə apardı. Şəhid ailəsinin müsafiri olmaq böyük dəyərdir. Evə girəndə bizi şəhidimizin balaca övladları qarşıladı. Onlar Dərya və inci idi. Kiçik yaşlı olmaqlarına baxmayaraq olduqca ağıllı və alicənab
uşaqlar idi. Dərya ilə ünsiyyət quranda pilot olmaq istədiyini bildirdi.
Rəşad şəhidin də qız övladlarına xüsusi sevgisi olub. O qızlarının heyvanları çox sevdiyini bildiyi üçün onlara hər doğum günlərində ev heyvanı hədiyyə alardı.
Şəhid Rəşad ailədə, onu tanıyan çevrəsində cəsarət və fədakarlığı ilə tanınırdı. Belə ki, o sırf cəbhədə xidmət etmək üçün iş yerini dəyişmişdi. Necə deyərlər, döyüşmək üçün ailəsini Bakıda qoyub cəbhəyə yollanmışdı…
II Qarabağ savaşından 4 il keçib… Ancaq illər keçsə də haqq və ədalət uğurunda verilən savaşın fadailəri bu illəri daha yadda qalan edib, edəcək. Millətimiz bu qəhrəmanlıqdan doğan fəxarət hissi ilə yaşayacaqdır.