Şəhidlik insanın Allaha,Vətənə, haqqa olan sevgisinin həyat ölüm astanasında qeyri-şərtsiz şəhadət tapdığı ali məqamdır.
Şəhidliyin ünvanı əbədiyyətdir.
İkinci Qarabağ müharibəsinin şəhidlik zirvəsinə yüksəlmiş 2783 nəfər Vətən qəhrəmanlarından biri də Ramil Yusifovdur. Qəhrəmanımız 1978-ci il aprelin 24-də İsmayıllı şəhərində anadan olmuşdur. Azərbaycan Ordusunun baş giziri olan Ramil Yusifov sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Talış təpə ətrafındakı döyüşlər zamanı tankda yanaraq yaralanmışdır. Şəhidimiz ağır yaralanmağına baxmayaraq, axıra qədər insanlıq borcunu yerinə yetirir və onunla birgə 3 döyüş yoldaşına tankdan çıxmağa kömək edib xilas olunmalarına vəsilə olur. Prezidentin xüsusi tapşırığı ilə qəhrəmanımız vertolyotla Bakıya müalicəyə göndərilmiş, onun üçün bir neçə mütəxəssis həkim ayrılmışdır. Lakin yanıq daxili orqanlarını zədələdiyi səbəbindən oktyabrın 4-ü 42 yaşında şəhidlik zirvəsinə ucaldı.
Həyat yoldaşı Zümrüd xanım Ramilin gözəl ailə başçısı, xasiyyəti yaxşı biri olaraq ondan bizə məlumat verdi. Ramil özündən sonra çox tərbiyəli 2 oğul övladı bizlərə əmanət qoydu.