“Mərdlik müqavimət üçün özündə güc tapmaq, qəhrəmanlıq şərin üzərinə getməkdir”. (P.Buast)…
Bəli, qəhrəmanlıq odur ki, bilərəkdən şərin üzərinə hücuma keçəsən.
“Cığır” İB-nin növbəti qonağı qəhrəmanlığıyla, şücaətiylə şərlə mübarizə aparan və tökülmüş qanlarımızın qisasını alan igidimiz… Tağıyev Həciağa Çingiz oğlu 1998-ci ilin dekabr ayının 17-si Bakı şəhəri Nəsimi rayonunda anadan olmuşdur.
Vətən müharibəmizin 2-ci günü – 29 Sentyabr səfərbərliyə çağırılmış və Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd istiqamətlərində igidliklə döyüşmüşdür.
Oktyabr ayının 26-sı Xocavənd istiqamətində vuruşduğu zaman yaralı əsgər qardaşını və şəhid yoldaşını döyüş bölgəsindən çıxarmağa çalışarkən pulemyot atılmış və döş qəfəsindən – ağciyərindən qəlpə yarası almışdır. 4 əsgər yoldaşının çiynində yaralı qazimiz 1 km məsafədə olan sanitar maşınına çatdırılmış və ambulansa gətirilmişdir. Aldığı qəlpə yarasından huşunu itirən qazimiz Füzuli hospitalına daha sonra isə Bakıya -Tədris Cərrahiyyə klinikasına gətirilir.
Qazimiz təəssüratlarını belə bölüşür: “18 ay ermənilərlə 25 metrlik məsafədə hərbidə olub, pulemyot atılması nəticəsində qolumda 2 qardaşımı şəhid verdiyim üçün bir an belə qorxu yaşamadım. Buradan elə bir hisslə getmişdik ki, elə bil ki, həqiqətən işğalda olan torpaqlarımızı gedib alıb qayıdacağıq qarşımızda heç kim dayana bilməz, qorxu hissini tanımırdıq belə ancaq fikirləşirdik ki, torpaqlar bizimdir. Gedib alacağıq dəqiqliyi ilə getmişəm, şükür olsun Allaha ki, elə də oldu.”