Qazi Seymur Xaliqov

Qazi Seymur Xaliqov

Qəhrəmanların igidliyindən söz açan dastanlar bizi vətənpərvər ruhda yetişdirdi…
Ruhunda, qanında Vətən sevgisi olan hər bir igid Vətənin dar günündə misli olmayan birlik nümayiş etdirdi.
Azərbaycan oğullarının ruhunda olan “vətənpərvərlik” Vətənin dar günündə igidcəsinə baş qaldırdı…
“Cığır” MDİD İB həmin qəhrəmanlarla görüşlərə davam edir.
1999-ci il sentyabr ayının 7-si Neftçala şəhəri Kurqarabucaq kəndində anadan olan Xaliqov Seymur Süleyman oğlu da vətənə layiqli xidmət göstərmiş qazilərimizdəndir.
2020-ci il yanvarın 7-si hərbi xidmətə başlayan qazi müharibə dövründə yaşadıqları hadisələri bizimlə bölüşdü.
“Mən taktiki qrupun snayperi olmuşam. Qrupda 54 nəfərdən ibarət olmuşuq, döyüş vaxtı iki qrupa bölünmüşdük, 27 nəfər Rüzgar istiqamətinə, digər 27 nəfər isə Horadiz kəndi istiqamətinə mövqelənmişdi. 27.09.2020 tarixində döyüşə başladıq, 28 sentyabrda Horadiz kəndi tərəfdə artilleriya mərmisinin partlayışı nəticəsində isə yaralandım. Allah rəhmət etsin, komandirim mayor Mansurov Elçin də şəhid oldu.”
Seymur danışanda onların yaşadıqları çətinliklər içimizi titrətdi. Mühasirəyə belə düşsələr “Vətən” deyib yenə də irəli getmələri onların Vətənə olan sevgilərinə sübutdur.
Eşitdiklərimiz bu ifadəni xatırlatdı bizə, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”
Allah şəhid və qazilərimizə olan haqq borcunu bizə unutdurmasın!