Bir toxumun cücərməsi üçün ona həyat verən suya necə ehtiyacı varsa, bir millətin də dirçəlişi üçün həqiqi Qəhrəmanlara ehtiyacı var. O qəhrəmanlar ki, bir an belə fikirlərində “bunu etməliyəmmi?” demədən, ildırım kimi düşmən üzərində çaxar, qanı, canı bahasına yurdunu hər qarışınadək qoruyar.
“Cığır” İB-nin qəhrəmanlıq və şücaəti ilə tanış olduğu növbəti qazi vətəndaşı Əzizov Elnur Elman oğludur. O, sözün əsl mənasında bir xilaskardır. 19 May 2001-ci ildə Masallı rayonunun Xır kəndində dünyaya göz açmış, 2007-ci ildə Abdulla Rəhimov adına 247 saylı məkətəbə daxil olmuş və 2018-ci ildə orta təhsilini başa vurmuşdur. 2016-cı ildə Bakı Texniki Kollecinin “Yol Hərkətinin Təşkili” ixtisasına qəbul olmuşdur.Təhsilini bitirdikdən sonra iyul ayının 20-si Vətəninin onu çağırış səsinə hay vermiş, hərbi xidmətə yollanmışdır.
Qazimiz 27 Sentyabr tarixində başlamış II Vətən müharibəmizin ilk günündən qəhrəmanlıqla düşmənlə mübarizə aparmış və 38 gün boyunca bu mübarizəni davam etmişdir.
Noyabr ayının 4-ü qazimiz Laçın rayonu Suarası kəndində yoldaşları ilə birgə yaralanmışdır. Qazimiz həmin anları belə xatırlayır : “Mən yaralandığım ərazidə yaralılarımızın sayı çox idi. Sülhməramlı qüvvələr briqadası onda çoxlu sayda şəhid də verdi”.
Əziz Qazilər və Şəhidlərimiz, sizin mərdlik və qəhrəmanlığınıza görədir ki, bizlər bu gün bütöv bir dövlətin vətəndaşlarıyıq.