Şəhid Quliyev Şəhriyar Nəsib oğlu

Şəhid Quliyev Şəhriyar Nəsib oğlu

Şəhidlik zirvəsini fəth etmiş daha bir qəhrəmanımız.. 1992- ci ildə Ağdamdan körpə yaşında çıxıb, 30 yaşında o torpaqlarda qanıyla tarix yazan, neçə neçə ermənini məhv edib, qisasını , qisasımızı alan igidimiz
Quliyev Şəhriyar Nəsib oğlu… 1990-cı il, may ayının 25-də Ağdamda anadan olan qəhrəman şəhidimiz Şəhriyar  Xüsusi Təyinatlı Qüvvələrdə 13 il kəşfiyyatçı kimi vətənə xidmət edib. 2016-cı il aprel döyüşlərində iştirak edib.27 sentyabrda başlayan İkinci Qarabağ Vətən Müharibəsində Cəbrayıl, Füzuli, Hadrut rayonlarında 27 gün qəhrəmancasına döyüşərək, biri polkovnik olmaqla 150 ermənini məhv edib. Son dəfə Qubadlının kəndində gedən döyüşlərdə iştirak edib. Yaralı Əsgər yoldaşlarını döyüş meydanından çıxarıb, amma özü qəhrəmancasına Şəhid olub.İki övladı var. Yoldaşı Pərvin xanım və anası onun haqqında danışarkən, necə səxavətli, xeyirxah bir insan olmasından bəhs etdilər. Şəhidimizin dostları, qohumları arasında necə sevildiyindən o qədər danışdılar ki, bir daha əmin olduq ki , şəhidlik zirvəsinə yalnız seçilmişlər yüksəlir.. Həyat yoldaşı Pərvin xanım övladlarım üçün, Onun əmanətləri üçün dimdik ayaqda duracağını və onun adına layiq övladlar böyüdəcəyini dilə gətirdi.Və öz həyat yoldaşı haqqında yazdığı şeiri bizimlə bölüşdü:
Rahat uyu,
Gözün arxada qalmasın.
Hər şey gözəl,
Zərrə şübhən olmasın.
Rahat uyu, rahat uyu igidim.
Qürur duyar sənin ilə hər zaman,
Övladların Ramal ilə bax Camal.
Haqqımız nə sənə halal eləyək?
Gəl sən et bizə haqqını halal.
Sən düşmənə elə bir dağ çəkmisən,
Bir də çətin ola onun bəxti yar.
Sən vuran dığanın yox xəbəri,
Sən daima zirvədəsən Şəhriyar.
O düşməndir, daş atacaq daima,
Sən qonduğun o zirvəyə daş yetməz.
Pərvin səni yaşadacaq daima…