Şəhid Əhmədov Abdullah Hacı Əhməd oğlu

Şəhid Əhmədov Abdullah Hacı Əhməd oğlu

Haqqa şahid olan daha bir Şəhidimiz…

Əhmədov Abdullah Hacı Əhməd oğlu…
Kasıb, kiçik daxmada geniş qəlblər doğulurmuş.
Abdullah evin tək övladı idi. Ailə 12 il övlad həsrəti çəkdikdən sonra Abdullahın qədəmləriylə sevinmişdi. Ailənin gözünün ağı-qarası bircə Abdullahı qonşuların, qohumların, dostlarının sevimlisi idi. Anası xatirələrindən belə danışır:
“Bir dəfə evdə yemək hazırlayırdım. Abdullah hansısa mağazada kitab görmüşdü. Onu alması üçün ağlayıb yalvarmışdı. Əlimdəki işi yarımçıq qoyub gedib kitabı alıb gətirmişdim.” Dininə, namazına bağlı idi. Uşaqlıqdan hər kəsə yardıma qaçmağı, yaxşılıq etməyi sevirdi. Ananın “o çox şirin idi” yanğılı kəlməsi qəlbimizi titrətdi. Bir ailə üçün tək övladını itirmək həqiqətən çox ağırdır. Amma yeganə təsəllimiz odur ki, şəhidlər ölmür, onlar diridirlər.
Abdullah Vətən müharibəsi zamanı Tərtər bölgəsində şəhid olmuşdur. Nəşi 3 gün düşmən tərəfində qaldıqdan sonra əsgərlərimiz tərəfindən götürülərək ailəsinə təhvil verilmişdir.