Şəhid polkovnik-leytenant Sadiq Məmmədov

Şəhid polkovnik-leytenant Sadiq Məmmədov

“Cığır” MDİD İB Vətənimizin bütövlüyü uğrunda şəhid olan övladları ilə tanışlığına bu dəfə Qax rayonunda davam edir.

Qaxın layiqli igid oğullarından biri polkovnik-leytenant Məmmədov Sadiq Sadəddin oğlunun ailəsini ziyarət edib,  şəhidimizin keçdiyi şanlı həyat yolu ilə tanış olduq.

Sadiq Məmmədov oxuduğu məktəbin birincisi, çox dərin bilgili və geniş dünya görüşlü olub. Müəllimlər onun gözəl hüquqşunas olmağını tövsiyə etsə də şəhidimiz hərbçi olmağa qərar verib.

Seçdiyi peşəni gözəl mənimsəyərək yüksək rütbə qazanıb. Olduqca zətmətkeş və təvazökar insan kimi çalışan zabit tabeçiliyində olan əsgər və işçilərlə dost münasibəti qurur, onlara ata qayğısı göstərərdi.

Sadiq Məmmədov döyüş əməliyyatlarının rəhbəri olaraq, düşmənin canlı qüvvəsini məhv edərək rəşadət göstərib və 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.
Vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə şəhadətindən sonra yüksək medallarla təltif olunub.

Övladlarını (iki oğlu və bir qızını) daim yaxşı oxumağa şövq edən qayğıkeş ailə başçısı Sadiq Məmmədov onlara həyatda ədalətli və mərhəmətli olmağı öyrədirdi. Şəhidimiz hərbi hissədə və dostları arasında çox dürüst, qayğıkeş, ədalətli insan kimi yaddaşlarda qalacaq.

Səninlə fəxr edirik, əziz Vətən oğlu!