Şəhid Kapitan Fərid Dursunov

Şəhid Kapitan Fərid Dursunov

“Cığır” MDİD İB-nin növbəti görüşü qəhrəman safında duran Qax rayonunun cəngavər övladı Kapitan Fərid Dursunovun ailəsində baş tutdu.

Fərid Dursunov 1986-cı il iyulun 26-da Qax rayonunun Qorağan кəndində anadan olub.

ll Qarabağ müharibəsi zamanı qəhrəmanımız 2020-ci il sentyabrın 28-də Murovdağ döyüşlərində şəhid olmuşdur.

“Cığır” ailəsi olaraq Şəhidimizin iki oğlu, Ömər və İsa ilə görüşüb onlara atalarının göstərdiyi şücaətə görə öz minnətdarlığımızı bildirdik.

Fərid Dursunov gözəl vətəndaş, sadiq dost, qorxmaz əsgər, qayğıkeş ata olmaqla bərabər nümunəvi insan idi.

Kəşfiyyatçı şəhidimiz, cəsur kapitanımız yaralı ikən heç cür geri– hospitala qayıtmağı istəməyib, döyüşü davam etdirib. Son damla qanı axana qədər vuruşan Fərid “mənim üçün vətən hər şeydən öncə gəlir” ifadəsini heç vaxt dilindən düşürməyib.

Aldığı çoxsaylı medal və təltifnamələr onun keçdiyi keşməkeşli hərbçilik yolundan geriyə qalanlardır.

“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhidlərimizin canı, qanı bahasına azad etdiyi bu torpaqda layiqli vətəndaş kimi yaşamaq hər birimizin onların qarşısında olan borcumuzdur.

Ruhuh şad olsun, əziz qəhrəman!